Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ƏMDK ilin sonuna qədər daha 8 adda elektron xidmətlər göstərməyi planlaşdırır


«Biz qeydiyyat proseslərinin sadələşdirilməsi və daha da asanlaşdırılması ilə bağlı elektron xidmətlər göstəririk. Bilirsiniz ki, may ayından etibarən artıq elektron xidmətlərimizi əhaliyə təqdim etmişik». “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rafiq Cəlilov bu gün jurnalistlərə verdiyi açıqlamasında söyləyib.

Sədr müavini bildirib ki, ƏMDK bu ilin sonuna qədər daha 8 adda elektron xidmətlər göstərməyi planlaşdırır: «Hazırda isə ərizələrin qəbulu və digər xidmətlərlə əlaqədar elektron xidmətlərdən əhali istifadə edə bilir».








SEYMUR






11/10/12    Çap et