Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil operatorlar “SMS” üçün tətbiqlərə görə 23 milyard dollar itirəcəklər
“Ovum” tədqiqat şirkətinin məlumatına görə, dünyanın mobil operatorları 2012-ci ilin sonunadək 23 milyard dollar gəlir itirəcəklər. Smartfon istifadəçilərinin pulsuz SMS göndərməyə imkan verən tətbiqdən istifadəyə keçməsi buna səbəb olacaq. Şirkətin proqnozuna görə, 2016-cı ilədək zərərin həcmi 54 milyard dollara çatacaq.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “WhatsApp” kimi tətbiqlər vasitəsilə pulsuz “SMS” göndərmək variantı getdikcə daha geniş yayılır.
“Ovum” şirkəti bildirib ki, mobil şirkətlərə yalnız yeni vəziyyətə (innovasiyaların tətbiqi və yeni xidmətlərin təqdim edilməsi) uyğunlaşmaq qalır.
Qeyd edək ki, smartfonların geniş yayılması ilə əlaqədar vəsait itirmədən ünsiyyət qurmağa imkan verən proqramların populyarlığı getdikcə artır. Belə ki, müxtəlif smartfon modellərinə pulsuz zəng etmək imkanı təqdim edən “Skype” və “To Me” quraşdırılır.
EMİL
11/10/12 Çap et