Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kəndlərdə mobil bankomatlar qurulacaq
Pensiyaçıların 99,4 faizi pensiyalarını plastik kartlar vasitəsilə alırlar. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, pensiyaların ödənişi üzrə agent banklar - Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank" əhalinin mobil bankomatlar vasitəsilə pensiyalara çıxışını yaxşılaşdıracaq.
Bu, bank sistemi vasitəsilə plastik kartlar yolu ilə pensiyaların ödənişi sisteminin təşkilinə dair işlərin alınması üçün tenderin şərtlərindən biri olub.
Qeyd edək ki, Beynəlxalq Bank üç belə bankomat sifariş edib, həmin bankomatlar tezliklə istismara veriləcək. Onlar ucqar kənd və ərazilərə göndəriləcək.
RƏVAN
11/10/12 Çap et