Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC beynəlxalq banklararası pul köçürmələri sisteminə qoşulub


"Azərpoçt" MMC-də bir sıra bank əməliyyatları xidmətlərinin tətbiqi prosesi davam etməkdədir. Müəssisədən verilən məlumata görə, maliyyə xidmətlərinin göstərilməsi məqsədilə Mərkəzi Bankın AZİPS və XÖHKS sistemlərinə, eləcə də SWIFT sisteminə qoşulması tam başa çatdırılıb. Ödənişlərə nəzarət mütəmadi olaraq həyata keçirilir.

"Azərpoçt" MMC-nin əksər məntəqələrində çoxlu sayda bank hesabları açılıb. Bir çox filiallarda  ilk lokal plastik kartlar emissiya edilib.Yerli və beynəlxalq ödəniş sistemlərinə, o cümlədən xarici banklarda "Citibank", "Raifaizenbank" və Rusiyanın "Sberbank"ında artıq müxbir hesablar açılaraq "MasterCard"a qoşulma təmin edilib.





RƏVAN





11/10/12    Çap et