Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt işçilərinə endirimli kreditlər təklif olunur


"Unibank" bir sıra peşə sahiblərinə endirimli kreditlər təklif edir. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə,  adıçəkilən bank oktyabrın 9-dan noyabrın 15-dək keçirdiyi aksiya çərçivəsində poçt işçilərinə, yanğınsöndürənlərə, dəmir yolu işçilərinə və energetiklərə sərfəli şərtlərlə kreditlər verəcək. Bu peşənin sahiblərinə veriləcək kreditlər üzrə illik faiz dərəcədə 2% bəndi qədər endirim verilir.

Kreditin maksimal məbləği 5000 manatdır. 3-24 aylıq müddətə olan nağd kreditlər üçün şəxsiyyəti təsdiq edən sənəd və iş yerindən arayış tələb olunur. 3000 manatadək kredit zaminsiz verilir. Qeyd edək ki, bank tərəfindən minimal əmək haqqı üzrə və iş stajına dair tələb irəli sürülmür. Hətta digər banklar qarşısında borc öhdəlikləri olan müştərilərə kredit verilməsi mümkündür.

"Unibank"da istehlak kreditlərinin şərtləri və aksiya barədə daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla və yaxud bankın saytından (http://www.unibank.az/) əldə etmək olar.



SEYMUR





11/10/12    Çap et