Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” dünyanın ən bahalı şirkəti olacaq


Maliyyə analitikləri bu payız “Apple” şirkətinin dünyada ən bahalı şirkət adını qazana biləcəyindən əmindirlər.Qeyd edək ki, ilin əvvəlində şirkət bazar kapitallaşdırmasını 300 milyard dollar artıraraq bunu etməyə çalışıb. Lakin “Apple” şirkətini yalnız ən böyük neft şirkəti “Exxon” qabaqlayıb. “Exxon” şirkətinin dəyəri 400 milyard dollar olub. İndi əks-vəziyyət müşahidə olunur. Belə ki, “Exxon” şirkətinin dəyərinin artması dayanıb, “Apple” şirkətinin kapitallaşması isə əksinə, kəskin artmağa başlayıb.
Məlumat üçün bildirək ki, hazırda “Apple” şirkətinin dəyəri 350 milyard dollardan bir qədər az, “Exxon” şirkətinin dəyəri isə 410 milyard dollar təşkil edir. İndi hər şey yaxın günlərdə dərc ediləcək bu ilin ikinci rübünün maliyyə nəticələrindən asılıdır. Analitiklər “Apple” şirkətinin yalnız “Exxon”u deyil, həm də əsas rəqibi “Google” şirkətini ötərək dünyada ən bahalı şirkət olacağını hesab edirlər.


infox.ru




21/07/11    Çap et