Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
"Maliyyə xidmətlərinin inkişafı" layihəsi uğurla icra olunan və böyük perspektivləri olan layihələrdən biridir. Bu sözləri İCTNews-ə açıqlamasında Mərkəzi Bankın idarə heyətinin sədr müavini Alim Quliyev deyib. "Azərpoçt" MMC geniş poçt şəbəkəsinə malik olmaqla bütün regionları, hətta ucqar dağ kəndlərini əhatə edir. Hesab edirəm ki, əhaliyə bank və maliyyə xidmətləri göstərilməsi ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malikdir".
"Azərpoçt" MMC-nin 700-ə yaxın poçt şöbəsinin bu xidmətə qoşulduğunu bildirən sədr müavini sözügedən şəbəkənin daha da genişləndiriləcəyini və nağdsız ödəniş sisteminin inkişaf etdiriləcəyini qeyd edib.
01/06/11 Çap et