Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropanın 11 ölkəsində 51 irimiqyaslı İT nasazlıq halı qeydə alınıb
Avropa İttifaqının 11 ən böyük ölkəsi rabitə şəbəkələri və resurslarının işində irimiqyaslı imtina halları ilə üzləşiblər. Avropanın “ENISA” (European Network and Information Security Agency) kiberagentliyinin hesabatında bildirilib ki, Avropa Birliyinin 11 ölkəsi 2011-ci il ərzində 51 irimiqyaslı İT nasazlıq halı qeydə alıb.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “ENISA”-nın məlumatına əsasən, nasazlıqların əsas səbəbi, qəribə olsa da, haker hücumları ilə deyil, proqram və ya aparat təminatının sıradan çıxması ilə bağlıdır.
EMİL
12/10/12 Çap et