Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Avirtel” şirkəti internet tariflərini növbəti dəfə endirib


“Avirtel” MMM növbəti dəfə genişzolaqlı internet xidmətlərindən istifadə qiymətlərinə endirim tətbiq edib. Belə ki, şirkət oktyabr ayının 10-dan etibarən  yeni tariflər təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “Avirtel”in yaydığı məlumatda deyilir.

 Yeni tariflərə əsasən “Standart ADSL” tarif paketi üzrə qiymətlər kanal sürətindən asılı olaraq 15 manatdan (3Mbit/s) 100 manatadək (18Mbit/s), “Biznes ADSL” tarif paketi üzrə isə 19 manatdan (2Mbit/s) 155 manatadək (18Mbit/s) təşkil edir.  Sözügedən paketlər üzrə internet xidmətinə qoşulma pulsuz həyata keçirilir.

Aktiv Ethernet paketi üzrə 5 və 7 Mbit/s internet sürətindən istifadə edənlər müvafiq olaraq 20 və 30 AZN ödəməli olacaqlar. Bundan əlavə,  9 və 12 Mbit/s internet sürəti  40 və 60 manat tarifi ilə təqdim ediləcək. Bu paket üzrə qoşulma haqqı 10 manat təşkil edir.



CAHANGİR





12/10/12    Çap et