Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ məhkəməsi “Samsung”un “Galaxy Nexus” smartfonunun satışına qoyulan qadağanı ləğv edib


ABŞ-da Apelyasiya Məhkəməsi “Apple”-ın patent iddiası səbəbindən Cənubi Koreyanın "Samsung” şirkətinin istehsalı olan “Galaxy Nexus” smartfonunun ölkə ərazisində satışını qadağan etmiş ilkin qərarını ləğv edib. Məhkəmə işi yenidən baxılması üçün Kaliforniya ştatının məhkəməsinə göndərib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Cənubi Koreya və Amerika şirkəti arasında qlobal patent qarşıdurması 2011-ci ilin yazından etibarən davam edir. Onlar bir-birlərini mobil texnologiyaların əsasını təşkil edən dizayn və texnologiyaların qanunsuz köçürülməsində ittiham edirlər. Hər iki şirkət münaqişə çərçivəsində dünyanın 10-dan çox ölkəsində bir-birlərinə iddia qaldırıblar.







EMİL





12/10/12    Çap et