Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərspace-1” telekommunikasiya peykinin istehsalı tamamlanıb
“Azərspace-1” telekommunikasiya peykinin istehsalçısı olan “Orbital Sciences Corporation” şirkəti ilə imzalanmış müqavilənin tələblərinə uyğun olaraq, peykin istehsalı ilə bağlı işlər planlaşdırılmış qaydada həyata keçirilir. Belə ki, artıq peykin istehsalı tamamlanmış və zavod testləri mərhələsinə başlanılıb.
Hal-hazırda “Azərkosmos” ASC-nin bir nəfər əməkdaşı peykin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın “Telesat” məsləhətçi şirkətinin 2 nəfər əməkdaşı ilə birgə peykin istehsalı prosesinin izlənilməsi məqsədilə, “Orbital Sciences Corporation” şirkətinin zavodundadır.
“Azerspace-1” peykinin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər həyata keçirilməkdədir. Peyk noyabr ayında zavodda tam hazır vəziyyətə gətiriləcəkdir və daha sonra Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromuna gətiriləcəkdir. Peykin 2013-cü ilin fevral ayında geostasionar orbitə çıxarılması planlaşdırılır.
RƏVAN
12/10/12 Çap et