Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya texnologiyaları üzrə terminlərin qarşılığının müəyyənləşdirilməsinə ehtiyac var


Azərbaycanda daha çox informasiya texnologiyaları sahəsi üzrə terminlərin qarşılığının müəyyənləşdirilməsinə ehtiyac var.  “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, digər sahələr üzrə terminlər artıq dilimizdə öz yerini tutub. Amma informasiya texnologiyaları sahəsi yeni inkişaf etdiyi üçün bu sahə üzrə terminlərin qarşılığının müəyyənləşdirilməsi zərurəti yaranıb.

Sadıqova bildirib ki, belə terminlər həmin sahələrin mütəxəssisləri tərəfindən müəyyənləşdirilməlidir. Daha sonra isə onlar müzakirə üçün Terminologiya Komissiyasına təqdim edilməlidir.



 
HƏQİQƏT






12/10/12    Çap et