Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Siemens” iş yerlərini ixtisar edəcək və ofislərini bağlayacaq


Avropanın ən iri elektron texnika istehsalçılarından biri olan “Siemens” iş yerlərini ixtisar etməyə və bir neçə ofisini bağlamağa hazırlaşır. Bu tədbirlər gəlirin azalmasının qarşısını almaq üçün atılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ixtisar ediləcək əməkdaşların sayı açıqlanmır. 2012-ci il iyunun sonuna olan məlumata əsasən, “Siemens” şirkətinin heyəti 410 min insandan ibarətdir və onların 129 mini Almaniyada çalışır.Qeyd edək ki, 2010-cu ildə “Siemens”in dövriyyəsi təxminən 76 milyard avro təşkil edib.







EMİL





12/10/12    Çap et