Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Apple" İsveçrənin vağzal saatlarının dizaynını lisenziyalaşdırıb
"Apple" şirkəti İsveçrənin dəmiryol vağzallarında quraşdırılmış saatların dizaynından istifadə etmək üçün lisenziya əldə edib.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, İsveçrənin Federal Dəmir Yolları (Schweizerische Bundesbahnen və ya SBB) ötən ay "Apple" şirkətini ölkənin vağzallarında quraşdırılmış saatların dizaynının müəllif hüququnu pozmaqda ittiham edib.
1944-cü ildə dizayner Hans Hilfikerin (Hans Hilfiker) yaratdığı saatlar bütövlükdə "SBB" və İsveçrənin özünəməxsus simvoluna çevrilib və ticarət markası ilə müdafiə olunur. "SBB" nümayəndələrinin sözlərinə görə, "iOS 6" mobil platformasında "Clock" tətbiqinin hazırlanması zamanı müəllif hüququ pozulub.
"Apple şirkəti “iPad” və “iPhone” kimi qurğularda saatın dizaynından istifadə etmək üçün tərəflər vağzal saatının dizaynının lisenziyalaşdırılması haqqında saziş imzalayıblar" - "SBB"-nin bəyanatında bildirilib. Sazişin şərtləri və lisenziyanın qiyməti açıqlanmayıb.
EMİL
13/10/12 Çap et