Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ kibertəhdidlərə qabaqlayıcı hərbi zərbələrlə cavab verəcək


ABŞ Silahlı Qüvvələri ölkəyə ediləcək kiberhücumlara qarşı qabaqlayıcı hərbi zərbələrlə cavab verəcək. Bu barədə ABŞ-ın müdafiə naziri Leon Panetta Nyu-Yorkda biznes nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Panetta kimya sənayesi təşkilatlarına, həmçinin elektrik enerjisi və su tədarükçülərinə qarşı hücum hazırlayan xarici təcavüzkarlardan danışıb. Onların fəaliyyəti cəmiyyətdə sabitliyin pozulmasına yönəlib.

O bildirib ki, Müdafiə Nazirliyinin vəzifəsi dövləti müdafiə etməkdir, buna görə o, kiberhücumlara cavab olaraq hərbi zərbələr endirməyə hazırdır. Amerika vətəndaşlarının öldürülməsi və ya ABŞ-ın məhv edilməsinə yönəlmiş mümkün hücumun aşkar edilməsi halında isə nazirlik qabaqlayıcı tədbirlər həyata keçirəcək.



EMİL





13/10/12    Çap et