Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Venesuelada prezident seçkiləri yeni kompüter virusuna həyat verib


Venesuela sakinlərinin fərdi məlumatlarını "oğurlayan" yeni kompüter virusu Latın Amerikası ölkəsində ötən bazar günü keçirilmiş prezident seçkilərinin nəticəsinə görə peyda olub. Bu barədə Venesuelanın kütləvi informasiya vasitələri (KİV) Rusiyanın "Kasperski Laboratoriyası" şirkətinə istinadən məlumat veriblər.

Şirkətin məlumatına görə, virus Venesuela vətəndaşlarının oktyabrın 7-də səs verməsi haqqında kütləvi informasiya verə bilər.

Virus "listas-fraude-electoral.pdf.exe" adlanır və rusiyalı mütəxəssislər bu faylı icra etməməyi tövsiyə ediblər.

Virus səsvermə haqqında məlumatlar barədə məlumat verməkdən başqa, bank informasiyasını da "oğurlaya" bilər.




EMİL





13/10/12    Çap et