Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkə əhalisinin 87 faizi rəqəmli TV yayımı ilə əhatə olunub
Nazirlər Kabinetinin qərarı ilə 10 fevral 2011-ci ildə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”nın icrası üzrə işlər davam etdirilir. Hazırda ölkə əhalisinin 87 faizi rəqəmli TV yayımı ilə əhatə olunub.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin müdiri Mirheydər İsmayılov məlumat verib.
Onun sözlərinə görə, rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı proqramı üzrə İlkin Tezlik Planı hazırlanaraq, Milli Televiziya və Radio Şurasına (MTRŞ) təqdim edilib.
HƏQİQƏT
13/10/12 Çap et