Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Narla Qazan” kampaniyasının növbəti qalibləri məlum olub


“Nar Mobile” mobil operatorunun keçirdiyi “Narla Qazan” kampaniyasının növbəti ayı üzrə qalibləri bəlli olub. Lotereyanın qaliblərinə qiymətli hədiyyələr təqdim olunub. Belə ki, nəticələrə görə, Səlimova Gülnarə Eldar qızı iki dəfə qalib olmaqla 1000 AZN, Xankişiyev Ələddin Səhəddin oğlu və İsmayılov Elvin Əjdər oğlu hərəsi 500 AZN məbləğində mükafatlandırılıblar.  Muradov Tural Saleh oğlu isə ayın əsas mükafat fondu olan 5000 AZN-in qalibi olub. Lotereya 08.10.12 tarixində “Xəzər” televiziya kanalında canlı olaraq oynanılıb.

“Artıq ikinci aydır bu lotereyada iştirak edirəm və xoşbəxtçilikdən bu ayın əsas qalibi mən oldum. Bunun üçün “Nar Mobile” şirkətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Növbəti aylarda da iştirak etmək niyyətindəyəm və eləcə də hamını iştirak etməyə çağırıram” – deyə lotereyanın qalibi bildirib.

Qeyd edək ki, lotereyada iştirak etmək üçün “Nar Mobile” nömrəsindən “START” yazıb 8500 qısa nömrəsinə SMS göndərmək lazımdır. Kampaniyanın şərtlərinə görə, iştirakçı hər bir SMS-ə görə 10 (on) xal əldə edir. Toplanmış hər 10 xal bir şans olaraq qiymətləndirilir. Daha çox SMS, abunəçinin qalib olmaq şansını artırmış olur. Bir SMS-in qiyməti ƏDV daxil olmaqla 0,69 AZN-dir.

12.06.2012-ci il tarixində başlayan “Narla Qazan” kampaniyası 25.12.2012-ci il tarixinədək keçiriləcək.
“Nar Mobile” tərəfindən təqdim edilən “Narla Qazan” kampaniyası haqqında daha ətraflı məlumatı və qaliblərin siyahısını kampaniyanın rəsmi internet saytı olan “http://www.narmobile.az/” və “http://www.narlaqazan.com/” ünvanlarından əldə etmək olar.



CAHANGİR
 




13/10/12    Çap et