Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Cəlilabadın bütün ATS-ləri genişzolaqlı internet şəbəkəsi ilə təchiz olunub
Cəlilabad Telekommunikasiya Qovşağının rəisi Zaur Məmmədov bildirib ki, rayonda əhaliyə keyfiyyətli rabitə xidməti göstərmək üçün 31 ATS-in hamısı elektronlaşdırılıb və eyni zamanda, genişzolaqlı internet şəbəkəsi ilə təchiz olunub. “Son altı ay ərzində 100 kilometr fiber-optik kabel çəkilib.
Bunun nəticəsi olaraq Cəlilabadın ən ucqar kəndlərində belə genişzolaqlı sürətli internet xidmətindən istifadə etmək mümkündür. İndi rayonun ən ucqar Şatırlı, Qarakazımlı kəndlərinin sakinləri müasir rabitə xidmətindən istifadə edir”- deyə Zaur Məmmədov qeyd edib.
Hazırda təkcə rayon mərkəzində 14 internet-klub fəaliyyət göstərir və bu xidmətdən onminlərlə sakin yararlanır. Ən müasir texnologiyalara əsaslanan mərkəzi ATS abonentlərin tələbatını iki min nömrə üstələyir.
RƏVAN
15/10/12 Çap et