Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni internet-kafenin istifadəyə verilməsi nəzərdə tutulub
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) bu yaxınlarda internet-kafenin istifadəyə verilməsi nəzərdə tutulub. “ICTnews” elektron xəbər xidmətinin bildirdiyinə görə, bu barədə institutun Həmkarlar Komitəsinin (HK) sədri Səyyar Abdullayev İTİ-də keçirilən Həmkarlar Komitəsinin 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat-seçki yığıncağında məlumat verib.
Hesabat dövründə institutda aparılan elmi-tədqiqat, tədris-innovasiya fəaliyyəti, o cümlədən tikinti-abadlıq işləri haqqında da danışan HK sədrinin sözlərinə görə, son 4 il İTİ-nin həyatında mühüm, yaddaqalan hadisələrlə zəngin olub: “Bu illər ərzində institutda olduqca mühüm işlər aparılıb, uğurlu nəticələr əldə edilib.
İTİ-nin yeni Tədris-İnnovasiya Mərkəzi istismara verilib, onun fəaliyyəti müasir standartlara cavab verən yüksək səviyyəyə çatdırılıb, bu mərkəzin nəzdində Distant Tədris və Olimpiya mərkəzləri, Gənc Proqramçılar Məktəbi yaradılıb. Bundan əlavə, institutda AMEA-nın bütün elmi müəssisələrinin keyfiyyətli şəbəkə ilə təmin olunması, alimlərimizin xarici həmkarları ilə səmərəli bilik və təcrübə mübadiləsi aparması üçün “AzScienceNet” elm kompüter şəbəkəsi, Verilənlərin Emalı Mərkəzi, o cümlədən Multimedia Mərkəzi yaradılaraq istismara verilib. Texniki, təhlükəsizlik xidmətləri, katiblikdə çalışan əməkdaşlar uniforma ilə təmin olunublar”.
HƏQİQƏT
15/10/12 Çap et