Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniya polisi məşhur sosial şəbəkələrdəki danışıqlara gizlincə qulaq asacaq


Sol Partiyadakı deputatların sorğusu əsasında Almaniya Daxili İşlər Nazirliyi “Skype” və “Facebook”da danışıqlara gizlincə qulaq asmaq və mesajları ələ keçirmək, həmçinin “Gmail”, “Yahoo” və “Hotmail” vasitəsilə ötürülən elektron məktubları ələ keçirmək üçün kənar şirkətlərdən satın aldıqları proqram və avadanlıq haqqında hesabatı dərc edib. Almaniyanın Federal agentlikləri üçün belə proqramların əsas tədarükçülərindən biri Almaniyanın “DigiTask” şirkətidir.

“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, 2009-cu ildə Almaniyanın hüquq-mühafizə orqanları “Skype”-da gizlincə qulaq asmaq vasitələri üçün “DigiTask” şirkətinə təxminən 30,4 min avro ödəyib. Polis “Gmail”, “MSN Hotmail” və “Yahoo Mail” məktublarını ələ keçirmək üçün iki dəfə şirkətə müraciət edib və 12,5 min avro xərcləyib.

Almaniyanın müxtəlif hüquq-mühafizə orqanları ilə “DigiTask” şirkətləri arasında imzalanmış sazişlərin dəyəri bir neçə milyon avro təşkil edir.
 
EMİL





15/10/12    Çap et