Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın gəzməli-görməli yerlərinin telefon məlumat xidməti yaradılacaq


Ölkə başçısı Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında Sərəncam imzalayıb. Tədbirlər Planının “Təbliğat və təşviqat” bölməsində respublika kitabxanalarının, informasiya mərkəzlərinin, muzey və təhsil ocaqlarının internet informasiya vasitələrində ölkənin turizm potensialının təbliği ilə bağlı müvafiq nazirliklərlə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə il ərzində lazımi işlərin görülməsi tapşırılıb. Bundan başqa, il ərzində Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən Azərbaycanın turizm və mədəniyyət obyektlərinin, gəzməli-görməli yerlərinin telefon məlumat xidmətinin yaradılması üçün göstəriş verilib.




21/07/11    Çap et