Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Vertu” telefonları “Android” platforması ilə işləyəcək


“Nokia” şirkəti lüks seqmentə məxsus “Vertu” mobil telefon istehsalçısının satışı üzrə sazişi bağlayıb. “EQT VI” özəl səhmdar qrupu onun sahibi olub.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Vertu”-ya Anssii Vanoki rəhbərlik edəcək. Bildirək ki, o, 20 il ərzində “Nokia”da çalışıb və Finlandiya şirkətini 2010-cu ildə tərk edib.
“Vertu”-nun yeni telefonlarının “Android” platforması ilə işləyəcəyi bildirilib. “Vertu” finlərin səlahiyyətində olduqda bütün modellərə “Symbian OS” quraşdırılırdı.

Məlumat üçün bildirək ki, ucuz mobil telefonlar istehsal edən “Nokia” şirkəti “Vertu” bölməsinin əsasını 1998-ci ildə qoyub. Göy yaqutdan hazırlanmış şüşə, yaqut və digər qiymətli metallarla bəzədilmiş telefonların qiyməti bir neçə yüz min avro təşkil edə bilərdi.



EMİL





15/10/12    Çap et