Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin "xarici" haker fəallığının artması haqqında bəyanat yayıb


Çin bildirib ki, onun daxili internet təhlükəsizlik sistemləri görünməmiş həcmdə haker trafiki ilə “rastlaşıb”. “China Daily” nəşri Çinin İT təhdidlərə reaksiya vermə mərkəzi olan “National Computer Network Technical Team”-ın məlumatlarına istinadən bildirib ki, son il ərzində İT hücumlarının sayı mühüm dərəcədə artıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin birinci yarım illiyində xaricdən edilmiş 27900 hücum qeydə alınıb. Mərkəzin hesabatında bildirilib ki, hücumların əksəriyyəti (24.2 faiz) ABŞ ərazisindən həyata keçirilib. Sonrakı yerlərdə Yaponiya (17.2 faiz) və Cənubi Koreya (11.4 faiz) qərarlaşıblar.





 
EMİL





15/10/12    Çap et