Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektrik enerjisindən istifadəyə görə kart ödənişi sisteminə keçid üzrə işlər sürətləndirilib


"Azərenerji" ASC Azərbaycan regionlarının elektrik enerjisindən istifadəyə görə kart ödənişi sisteminə keçidi üzrə fəal işlər aparır. Bu barədə ASC-nin vitse-prezidenti Marlen Əsgərov deyib. Onun sözlərinə görə, Azərbaycan regionlarında planlaşdırılmış qaydada elektrik enerjisindən istifadəyə görə kart ödəniş sisteminə keçid üzrə işlər aparılır.

Xüsusilə, kart sisteminə keçid prosesi çərçivəsində 0,4 və 10 kilovolt elektrikötürücü xətlərin yenidən qurulması, eləcə də yeni xətlərin çəkilməsi üzrə işlər görülür. Azərbaycan bölgələrinin kart ödəniş sisteminə keçidi prosesinin başa çatma müddətinə toxunan Əsgərov qeyd edib ki, proses olduqca uzunmüddətlidir və dəqiq vaxt barədə danışmaq hələ tezdir

. Bakıda elektrik enerjisinin verilməsi və satışı məsələləri ilə "Bakıelektrikşəbəkə" SC, Azərbaycanın digər regionlarında isə "Azərenerji" məşğul olur. Hazırda ASC-nin balansında 500, 330, 220 və 110 kilovatlıq 200-dən çox yarımstansiya, eləcə də altı su elektrik və 13 istilik elektrik stansiyası var. Azərbaycanın enerji gücü 6,5 min meqavat təşkil edir.

RƏVAN





16/10/12    Çap et