Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tərtər rayonunun poçt şöbələri bank xidmətləri göstərməyə başlayıb
Son illərdə Tərtər rayonunun 11 kəndində yeni poçt binası istifadəyə verilib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə məlumatı Tərtər poçtamtının rəisi Emin Qurbanov verib. Onun sözlərinə görə, hazırda rayonda 22 poçt şöbəsi fəaliyyət göstərir.
Yeni elektron avadanlıqla təchiz olunmuş poçt filialı xüsusi poçt xidmətlərini uğurla həyata keçirirlər. Bank-maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı poçtamtda pulların saxlanılması məqsədi ilə bunker tikilmiş, bütün kənd şöbələrinin “COLVİR” sistemi ilə işləməsi üçün xətlər çəkilərək inventar və avadanlıqla təchiz edilib.
RƏVAN
16/10/12 Çap et