Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” MMC Yevlaxda bankomat quracaq
“Azərpoçt” MMC regionlarda qurulan POS-terminalların və bankomatların sayını artırır. Müəssisədən verilən məlumata görə, hazırda Astara, Lənkəran, Lerik, Salyan, Samux, Yevlax və Qaxda POS-terminallar, Bakı, Gəncə şəhərlərində isə bankomatlar fəaliyyət göstərir.
Bankomatların və POS-terminalların sayının artırılması istiqamətində həyata keçirilən layihələrin tərkib hissəsi olaraq yaxın günlərdə Yevlaxda da bankomat qurulması planlaşdırılır.
Məlumatda daha sonra bildirilir ki, paytaxt Bakıda “Azərpoçt” MMC öz müştərilərinə daha geniş şəkildə xidmət göstərmək və banklarla rəqabətdə daha möhkəm dirəniş göstərməkdədir. Bu məqsədlə metronun “28 May” stansiyasının yaxınlığında və bütün poçt filiallarının qarşısında bankomatlar qurulub. Artıq yeni bankomatların qurulması üçün bir neçə yerdə də dislokasiya yerləri müəyyənləşdirilib.
Qeyd edək ki, regionlarda 30-dək “Azərpoçt” MMC-yə məxsus olan ATM-lərin və bankomatların quraşdırılması nəzərdə tutulub.
RƏVAN
16/10/12 Çap et