Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kərəm Həsənov: “Yaxın zamanlarda komitə tərəfindən göstəriləcək elektron xidmətlərin genişləndirilməsi nəzərdə tutulur”
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanın icrası istiqamətində komitə tərəfindən müvafiq işlər həyata keçirilib. Belə ki, artıq komitə tərəfindən bir sıra fəaliyyət istiqamətləri üzrə, o cümlədən daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması, müsadirə edilmiş əmlakın satışı ilə bağlı keçirilən hərraclarda iştirak etmək üçün elektron xidmətlər tətbiq edilir.
Yaxın zamanlarda komitə tərəfindən göstəriləcək elektron xidmətlərin daha da genişləndirilməsi nəzərdə tutulur. Bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov ƏMDK-də 2012-ci ilin 9 ayı ərzində həyata keçirilən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.
“ICTnews” elektron xəbər xidmətinə iclas barədə məlumat verən komitənin mətbuat xidmətindən bildirilib ki, ötən il dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması və ünvan reyestrinin yaradılması sahələrində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi məqsədilə Dünya Bankı, Almaniya İnkişaf Bankı (KfW), Almaniyanın Beynəlxalq Əməkdaşlıq (GİZ) təşkilatı, Norveç Kadastr və Xəritəçəkmə təşkilatı və digər xarici qurumlarla layihələr həyata keçirilir.
HƏQİQƏT
16/10/12 Çap et