Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Lotereya həvəskarları bu ilin sonuna qədər lotereya biletlərini internet vasitəsilə əldə edə biləcəklər
“Azərlotereya” ASC tərəfindən təşkil edilən lotereya oyunlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilir.
Belə ki, artıq lotereya biletlərinin internet vasitəsilə satışının təşkilinə dair işlərin əksər hissəsi başa çatıb və lotereya həvəskarları bu ilin sonuna qədər lotereya biletlərini internet vasitəsilə əldə edə biləcəklər. Lotereya biletlərinin onlayn satışı lotereya həvəskarlarına internet vasitəsilə istənilən yerdən biletləri əldə etməyə imkan yaradacaq. Hazırda lotereya biletlərinin SMS vasitəsilə alınmasına dair layihə üzərində iş aparılır.
ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, paytaxtda lotereya biletlərinin elektron satışının genişləndirilməsi və lotereya həvəskarlarının tələbatının tam ödənilməsi məqsədilə lotereya biletlərinin elektron satış terminallarının sayının artırılması da nəzərdə tutulur və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.
Lotereya oyunlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə həmçinin, KİV-lə əməkdaşlıq da uğurla davam etdirilir.
Bu ilin sentyabr ayından yeni “Klassik Loto” oyununa başlanılmışdır. Beləliklə, artıq lotereya oyunları canlı olaraq həftədə 6 gün olmaqla ölkənin iki televiziya kanalında - AzTV (“Binqo”, “Uğur”) və “Space”də (“5/36”, “6/40” və “Klassik Loto”) yayımlanır.
HƏQİQƏT
16/10/12 Çap et