Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti həddindən çox fərdi məlumat toplayır


Avropa İttifaqı tənzimçilərinin əksəriyyətinin fikrincə, "Google" şirkəti istifadəçilər barəsində həddindən artıq informasiya toplayır. Rəsmi şəxslər axtarış nəhəngindən verilənlərin toplanılması siyasətini yenidən nəzərdən keçirməyi tələb edirlər və "Google" şirkətinə qarşı mümkün ola biləcək iddialar haqqında xəbərdarlıq ediblər.

Avropa Birliyinin ekspertləri bildiriblər ki, "Google" şirkəti məlumatları toplamaq, saxlamaq, həmçinin elan verənlərə təqdim etməklə onun xidmətlərindən istifadə edənləri ciddi risklə üz-üzə qoyur.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Google" göndərilmiş bəyanatı şərh etməkdən imtina edib. Avropa Birliyi isə öz növbəsində yaxın vaxtlarda Amerika şirkətinin gələcək fəaliyyətini nəzərdən keçirməyi planlaşdırır.





EMİL





17/10/12    Çap et