Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bulud” sistemləri istehlakçılar arasında populyarlıq qazanır


"IHS iSuppli" analitik şirkəti hesab edir ki, "bulud" xidmətləri istehlakçılar arasında sürətlə populyarlaşır. Ekspertlərin məlumatına görə, 2012-ci ilin iyununda bu cür onlayn xidmətlərə abunə olanların sayı 375 milyon istifadəçini ötüb.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin sonunadək bu göstərici 500 milyon istifadəçi təşkil etməlidir.

Ekspertlərin proqnozuna əsasən, 2013-cü ilin sonunadək bu göstərici 625 milyonadək artacaq və qarşıdakı 4 il ərzində ikiqat artacaq. 2017-ci ilədək "bulud" xidmətlərindən təxminən 1,3 milyard insanın istifadə edəcəyi gözlənilir.






EMİL





17/10/12    Çap et