Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İqtisadi İnkişaf Nazirliyi əhaliyə təqdim etdiyi elektron xidmətləri təkmilləşdirir


İqtisadi İnkişaf Nazirliyi (İİN) əhaliyə təqdim etdiyi elektron xidmətlər üzərində təkmilləşdirmə işləri aparır. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə İİN-in mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

Nazirliyin təklif etdiyi elektron xidmətlərin sayının artırıldığını vurğulayan A.Əliyevin sözlərinə görə, hazırda İİN 7 interaktiv və 9 informativ e-xidmət göstərir: «Elektron xidmətlərin sayının artırılmasından sonra onlardan istifadə edənlərin sayı kifayət qədər artıb. İstifadəçilərin  rahatlığını  təmin etmək məqsədi ilə e-xidmətləri daha da təkmilləşdirmək üzərində işlər aparırıq. Yəqin ki, yaxın zamanlarda təkmilləşdirmə işləri başa çatdırılacaq».








SEYMUR





17/10/12    Çap et