Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter” “Cabana” startapını satın alıb
“Twitter” sosial şəbəkə üçün kənar tətbiqlərin yaradılması üzrə imkanların inkişaf etdirilməsi məqsədilə növbəti korporativ satınalma həyata keçirib. “Twitter” mobil tətbiqlərin yaradılması üzrə texnologiya təqdim edən “Cabana” xidmətini satın alıb. “Cabana” komandası artıq “Twitter”ə qoşulub. Sazişin maliyyə şərtləri açıqlanmır.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Cabana” xidməti əvvəllər “Sega”, “Pixar”, “LucasArts” və “Adobe” şirkətlərində çalışmış Riv Tompson və Ceremi Qordon tərəfindən yaradılıb.
EMİL
17/10/12 Çap et