Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-2014-cü tədris ili üçün İnformatika üzrə magistraturaya qəbul imtahanının proqramı müzakirə ediləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən İnformatika üzrə elmi-metodiki seminar cari tədris ili üçün ilk iclasını keçirib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə TQDK-dan məlumat verilib. Komissiyadan bildirilib ki, iclasda müxtəlif ali təhsil müəssisələrini təmsil edən nümayəndələr iştirak ediblər.
TQDK-nın Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri N.Əliyev iclası giriş sözü ilə açaraq seminarın əsas məqsəd və vəzifələrini açıqlayıb. Seminarın cari il üçün iş planı müzakirə edilərək qəbul olunub. Daha sonra seminar iştirakçıları müxtəlif məsələlərlə bağlı fikirlərini bildiriblər.
Komissiyadan vurğulanıb ki, növbəti seminarda 2013-2014-cü tədris ili üçün İnformatika üzrə magistraturaya qəbul imtahanının proqramı müzakirə ediləcək.
HƏQİQƏT
17/10/12 Çap et