Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” Londonda istehsal mərkəzi açıb
“Facebook” ABŞ-dan kənarda ilk istehsal mərkəzini açıb. Mərkəz Londonda yerləşir. Hazırlama mərkəzinə “Facebook”un mühəndisi Su Filip rəhbərlik edir və bildirib ki, mərkəzin işi üç istiqamətdə (mobil texnologiyalar, platformaların yaradılması və maşın təlimi) inkişaf edəcək.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, "London mobil yaradıcılar komandasının yaradılması üçün çox gözəl yerdir. Belə ki, burada kifayət qədər savadlı kadrlar toplanıb və müvafiq bazar mövcuddur" - Su bildirib.Hazırda mərkəzdə 12 insan çalışır, lakin yaxın vaxtlarda mərkəzin heyəti yerli tərtibatçılar hesabına artırılacaq.
EMİL
17/10/12 Çap et