Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” şirkəti “Google”-dan daha bir top-menecer işə götürüb


Enrike de Kastro “Yahoo!” şirkətinin əsas əməliyyat direktoru təyin edilib. Qeyd edək ki, bundan əvvəl də Kastro “Google” axtarış sistemində vitse-prezidentlərdən biri vəzifəsində çalışıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Yahoo!”-nun yeni əməliyyat direktoru şirkətin bütün cari əməliyyatları, həmçinin onun strateji inkişafı üçün məsuliyyət daşıyır. O, birbaşa “Yahoo!”-nun baş direktoru Marissa Mayerə tabe olacaq.

Press-relizdə bildirilib ki, de Kastro “Yahoo!”-da vəzifəsinin icrasına ya 2013-cü il yanvarın 22-dək, ya da cari işə götürənlə bütün sazişləri yerinə yetirən kimi başlayacaq.“Bloomberg” nəşri bildirib ki, de Kastronun “Yahoo!”-da baza maaşı ildə 600 min dollar təşkil edəcək.




EMİL





17/10/12    Çap et