Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə” yarımfinalda


Ölkə çempionu, Bakının qadınlardan ibarət “Rabitə” voleybol klubu klublararası Dünya çempionatının qrup mərhələsində son matçına çıxıb. Qətərin paytaxtı Dohada keçirilən mundialda baş məşqçi Marçello Abbondanzanın yetirmələri Çinin “Bohay Bank” klubu ilə qarşılaşıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən oyun 3:1 (25:20, 25:22, 18:25, 25:21) hesabı ilə “Rabitə”nin xeyrinə başa çatıb. Nəticə etibarilə komandamız Dünya çempionatının yarımfinalına yüksəlib.








.
 
RƏVAN





17/10/12    Çap et