Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gəncədə yaxın günlərdə yeni internet provayderlər fəaliyyətə başlayacaq
Gəncədə genişzolaqlı internet xidmətlərinə böyük tələbat var. Bu ilin yanvar ayında şəhərdə internet istifadəçilərinin sayı 5500 idisə, stansiyaların NGN texnologiyası əsasında yenidən qurulması, analoq ATS-lərin ləğv edilməsi genişzolaqlı internet istifadəçilərinin sayının artmasına böyük təkan verib.
Gəncə Şəhər Telekommunikasiya İdarəsinin baş mühəndisi İsrail Məmmədovun verdiyi məlumata görə, hazırda şəhər üzrə 13 min 500 genişzolaqlı internet abunəçisi var.
Hazırda Gəncədə 8 internet provayder fəaliyyət göstərir. Bu provayderlər istifadəçilərə 1-10 meqabit sürətli internet təklif edirlər. “Aztelekom.net”, “Azeronline”, “DataPlus”, “Orbit”, “Avirtel”, “Transevrocom”, “Azdatakom”, “SmartSystemTexnology” provayderləri vətəndaşlara yüksək keyfiyyətli internet xidmətləri təqdim edirlər.
Qeyd edək ki, Gəncədə sürətli internetə tələbatı nəzərə alaraq provayderlərin də sayı artır. Yaxın günlərdə daha iki provayderin şəhərdə fəaliyyətə başlaması gözlənilir.
RƏVAN
17/10/12 Çap et