Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” ticarət markası “Google” və “Apple”-dan daha qiymətlidir
"General Sentiment" reytinqinin versiyasına görə, "Facebook" ticarət markası daha qiymətlidir. Bu göstərici ticarət markasının KİV və sosial mediada xatırlanma sayına əsasən hesablanır. Mark Zukerberqin "uşağ"ını reytinqə birinci dəfə daxil ediblər və o, 751 milyon dollar göstərici ilə lider mövqedə qərarlaşıb.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Apple" (657 milyon dollar) ikinci, "Google" (547 milyon dollar) üçüncü, "MTV" (536 milyon dollar) dördüncü, "Amazon" (258 milyon dollar) beşinci mövqedə qərarlaşıb. İlk onluqda, həmçinin "Samsung" (249 milyon dollar), "Microsoft" (240 milyon dollar), "HP" (131 milyon dollar), "Disney" (120 milyon dollar) və "Yahoo!" (117 milyon dollar) ticarət markaları yer alıblar.
EMİL
17/10/12 Çap et