Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə 100 dollarlıq “XO-3” planşeti çıxacaq


“OLPC” layihəsinin rəhbəri Nikolas Neqroponte inkişaf edən ölkələr üçün hazırlanması nəzərdə tutulan “XO-3” ucuz planşet kompyuterinin xüsusiyyətləri haqda məlumat verib.
Onun sözlərinə görə, qurğu rezindən xüsusi qoruyucu örtük və günəş batareyası olan yükləmə qurğusu ilə təchiz ediləcək. Cənab Neqroponte quraşdırılmış veb-kamera, mikrofon, “USB 2.0” portu və qulaqcıqların qoşulması üçün standart konnektorlar haqqında məlumat yayıb.
Ehtimal ki, istehsalçılar “XO-3” planşeti üçün “Pixel Qi” hibrid ekranını seçəcəklər. Belə ekran rəngli və monoxrom rejimdə işləməyəcək. Birinci halda panel tamrəngli təsviri göstərə bilər, bu da mediakontentə, videomateriallara və s. baxmağa imkan verir. Həmçinin peyk internet dəstəyinin reallaşdırılması, “Android” və ya “Chrome OS” əməliyyat sisteminin quraşdırılması məsələləri nəzərdən keçirilir. Planşetin istehsalı 2012-ci ilin əvvəlində nəzərdə tutulub. Onun qiymətinin 100 dollar olcağı bildirilir.


hard.compulenta.ru




21/07/11    Çap et