Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“eBay” hesabat verib
“eBay” şirkəti 2012-ci ilin üçüncü rübü üzrə hesabat verib.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “eBay” şirkətinin xalis mənfəəti 597 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 491 milyon dollar təşkil etmişdi. 1 il ərzində şirkətin satış həcmi 15 faiz artaraq 3,4 milyard dollar təşkil edib.
"Üçüncü rüb bizim üçün uğurlu olub. “PayPal” və “Marketplaces” sistemlərində müştəri artımı müşahidə olunub. Bizim gələcəyimiz mobil ödənişlərlə bağlıdır, ona görə biz mobil ticarət və tətbiqlər bazarında lider olmağa və qalmağa hazırlaşırıq" – “eBay”-ın baş direktoru Con Donahyu bildirib.
EMİL
18/10/12 Çap et