Mobil qurğular üçün yüksək kəskinlikli “3D” ekran yaradılıb
“Hitachi Displays” şirkəti mobil qurğular üçün stereoskopik təsviri göstərməyə imkan verən yeni ekran hazırlayır. “3D” effekt pilləli linzalar sistemindən istifadə hesabına əldə edilib. Bu halda irihəcmli təsvirə baxmaq üçün xüsusi eynək tələb olunmur.
“Hitachi” ekranın hazırlanması vaxtı “IPS” (In-Plane Switching) paneli tətbiq edib; onun diaqonalı 4,5 düymə bərabərdir. Kəskinlik 1280×720 piksel təşkil edir. Ekran “2D” rejimində 400 kd/m² və “3D” məzmunla iş zamanı 470 kd/m² parlaqlıq təmin edir.
Yeni ekranların gələcəkdə müxtəlif portativ qurğularda, xüsusi halda kommunikatorlarda tətbiq olunacağı gözlənilir. “Hitachi Displays” məmulatın kütləvi istehsalının başlanğıc müddətini bildirmir.
hard.compulenta.ru