Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” növbəti dəfə “Samsung”a uduzub


“Apple” korporasiyası patent məhkəməsində növbəti dəfə məğlub olub. Belə ki, İngiltərə “Samsung”un “Galaxy Tab” planşeti yaradaraq “alma” dizaynını köçürməsini təsdiqləməyib.

Qeyd edək ki, hakim çıxardığı ilkin hökmdə bildirmişdi ki, “Samsung”un qurğuları “Apple” cihazları kimi o qədər yaxşı deyil. Deməli, köçürülmədən söhbət gedə bilməz.

Hazırda “Apple” xüsusi reklam hazırlamalı olacaq. Reklamın məzmunu isə “Galaxy Tab”ın “düz” qurğu olmasıdır. Həmçinin “Apple” reklamı öz saytında yerləşdirməli və Britaniya qəzetlərində elanlar dərc etməli olacaq.






EMİL





19/10/12    Çap et