Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də “Huawei” şirkətinin rəhbəri ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Çin Xalq Respublikasının "Huawei Technologies Co. Ltd." şirkətinin icraçı direktoru cənab Ren Zhenqfeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə RİTN-in müvafiq şöbələri ilə yanaşı, "Aztelekom" İB və BTRİB-in nümayəndələri iştirak ediblər.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov qonaqları salamlayaraq "Huawei Technologies Co. Ltd." şirkətinin son illər ölkəmizdə həyata keçirdiyi tədbirlərdən danışıb. Daha sonra qonaqlara tanışlıq üçün Azərbaycanda rabitə və İKT sahəsində mövcud vəziyyət, statistik məlumatlar və inkişaf perspektivlərindən bəhs edən film nümayiş etdirilib.

Onlara göstərilən qonaqpərvərliyə görə xüsusi minnətdarlıq bildirən "Huawei Technologies Co. Ltd." şirkətinin icraçı direktoru Ren Zhenqfey RİTN-də keçirilən görüşün əhəmiyyətini yüksək qiymətləndirib. Rəhbərlik etdiyi şirkətin  Azərbaycanda fəaliyyətindən danışan R.Zhenqfey bu əməkdaşlığın hər iki tərəf üçün məhsuldar olacağını bildirib. 





19/10/12    Çap et