Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Beynəlxalq İT təhlükəsizliyi üzrə ümumu qaydaların qəbul edilməsi təklif olunur
Çin, Rusiya Federasiyası, Tacikistan və Özbəkistanın nümayəndə heyəti beynəlxalq informasiya təhlükəsizliyinin təmini sahəsində davranış Qaydalarını qəbul etməyi təklif edir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, adı çəkilən ölkələrin daimi nümayəndələrinin BMT Baş katibinə ünvanladığı məktubda qeyd edilir ki, "Qaydaların əsas məqsədi dövlətlərin informasiya məkanındakı hüquq və vəzifələrinin müəyyənləşdirilməsindən ibarətdir". Qətnamə layihəsində qeyd edilib ki, qaydalar istənilən dövlətin könüllü əsasda qoşulması üçün açıq olacaq.
Təklif edilən Qaydalar layihəsində qeyd edilir ki, dövlətlər informasiya-rabitə texnologiyalarından hərbi əməliyyatların, təcavüz aktlarının həyata keçirilməsi, beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin yaradılması üçün istifadə etməməyi öhdəsinə götürür". Qaydalarda dövlətlərin informasiya-rabitə texnologiyalarından istifadə etməklə cinayətkar və ya terror fəaliyyətlə mübarizəsindən söhbət gedir.
EMİL
19/10/12 Çap et