Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

17 min smartfon istifadəçisi fransalı hakerin “qurban”ı olub


Fransanın şimalında haker həbs edilib. O, təxminən 650 min dollar dəyərində oğurluqda ittiham edilir. Britaniyanın “BBC” yayım korporasiyasının verdiyi məlumata əsasən, 17 min smartfon  istifadəçisi 20 yaşlı hakerin “qurban”ı olublar.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Fransa prokurorluğundan verilmiş məlumata görə, məbləğ smartfonlardan virus vasitəsilə çıxarılıb. Belə ki, tətbiq yükləndikdən sonra fon rejimində fəaliyyət göstərən virus istifadəçidən xəbərsiz xüsusi nömrəyə mətn mesajı göndərərək hesabdan cüzi məbləğ çıxardır.Müttəhim etdiyi hərəkəti həbs edildikdən dərhal sonra etiraf edib.






 
EMİL





19/10/12    Çap et