Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” və “Samsung” şirkətləri “Chrome OS” əsasında işləyən yeni noutbuk təqdim ediblər


“Google” şirkəti yeni “Chromebuk” noutbukunu təqdim edib. Noutbukun istehsalçısı “Samsung Electronics” şirkətidir, qiyməti 249 dollar təşkil edir.

“ICTnews.az” elektron xəbər xidməti “cyberscurity.ru” saytına istinadən bildirir ki, yeni noutbuk “ARM” mikroprosessoruna əsaslanır. Qeyd edək ki, “ARM” arxitekturası “x-86” ilə müqayisədə daha az elektrik enerjisi sərf edir. Digər tərəfdən, yeni noutbukun imkanları elə də çox deyil. Beləliklə, “Google” və “Samsung” büdcəyə uyğun məhsul təqdim ediblər.

Qeyd edək ki, “Chrome OS” əməliyyat sistemi əsasında işləyən kompüterlərin öz auditoriyası var, lakin bu sistem kütləvi deyil. Bu amil “Google” şirkətini sistemi təkmilləşdirməyə vadar edir. Belə təkmilləşdirmələrdən biri çoxsaylı pəncərələrlə iş imkanı hesabına “Chrome OS”-un imkanlarını genişləndirən yeni “Aura” interfeysi olub.

“Google” nümayəndələri yeni hazırlamanın təqdimatı zamanı bəyan ediblər ki, “Samsung”la birgə hazırlanmış “Chromebuk” bu sistemlə işləyən maşınların birinci nəslindən daha ucuz, sürətli və rahatdır. ABŞ-da yaxın 2 həftə ərzində cihaz satışa çıxarılacaq.

“New Samsung Chromebook” noutbuku yalnız “Wi-Fi” modulunu  dəstəkləyir, çəkisi təxminən 1,2 kq-dır və qalınlığı 2 santimetr təşkil edir. Noutbuk, həmçinin “1080p” formatını dəstəkləyir və 11,6 düymlü ekrana malikdir. “Google” iddia edir ki, leptopun avtonom iş vaxtı 6,5 saata kifayətdir.

Model 16 QB daxili yaddaşa, 2 QB əməli yaddaşa malikdir. Cihazda ventilyator yoxdur və o, həmçinin “USB 3.0” və “HDMI” portları ilə təchiz edilib.

EMİL





19/10/12    Çap et