Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsraildə kosmik texnologiyalar sərgi-konfransı keçiriləcək


İsraildə müasir aviasiya və kosmik texnologiyalar sərgi-konfransı keçiriləcək. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İsrail mətbuatı xəbər yayıb. Xəbərdə bildirilir ki, bu ilin noyabrın 20-də Qüds şəhərində düzənlənəcək sərgi «Israel Aerospace 2012»  adlanacaq. Mətbuatın yazdığına görə, sərgi-konfransda Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdən yüksəkvəzifəli şəxslərin ziyarətçi qismində iştirakı gözlənilir.

Sərgi-konfransda aviasiya və kosmik texnologiyalar, hava müdafiə sistemləri, aktiv müdafiə, mülki aviasiya, pilotsuz uçuş aparatları, komanda və kontrol sistemləri, radar və sensorlar, müşahidə və izləmə texnologiyaları sahəsində yeniliklər təqdim olunacaq və onlarla bağlı müzakirələr aparılacaq.





SEYMUR




19/10/12    Çap et