Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin milli səyyahı “Google Chrome”-dən daha sürətlidir


Bir neçə ay əvvəl məlum olub ki, Çinin ən böyük milli axtarış sistemi “Baidu” şəxsi veb-səyyahını istifadəyə verməyə hazırlaşır. Hal-hazırda layihə administrasiyası rəsmi saytda proqramın birinci beta-versiyasını yerləşdirib. Kompakt dizayn və vərəqlərin forması onun məhz “Chrome” səyyahının surəti olduğunu xatırladır.
Amma yaradıcılar yalnız “Google Chrome” səyyahının xarici görünüşünü deyil, həm də onun xüsusiyyətlərini köçürüblər. Məsələn, universal sətrə yalnız veb- bağlantılar daxil edilmir. Yeni səyyahda, “Google Chrome”-də olduğu kimi, veb -proqram mağazası da var. Hal-hazırda səyyahın istifadəçiləri 30 mindən çox əlavə yükləyə bilər. “Baidu”-nun icraçı direktoru Robin Li bildirib ki, yükləmələrin hamısı pulsuzdur. Səyyahda Çin yaradıcılarının müstəqil əlavə etdikləri bəzi funksiyalar da var. Məsələn, son bağlanılan vərəqi bərpa edən düymə.


www.cnews.ru




21/07/11    Çap et