Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet axtarış sistemi Fransa KİV-ni hədələyib


“BBC News”-in verdiyi məlumata əsasən, “Google” korporasiyası ölkə hakimiyyəti axtarış sistemlərindən pul alacağı təqdirdə Fransanın KİV saytlarını axtarış sistemindən çıxartmaqla hədələyib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google” şirkətindən məzmuna görə pul ödəməyi tələb edən qanunu fransız qəzetlərinin naşirləri tələb edirlər. Onlar öz nöqteyi-nəzərini onunla əsaslandırırlar ki, axtarış sistemi xəbərlər üzrə axtarış zamanı reklam göstərməklə pul qazanır.

“Google” korporasiyası bir neçə nazirliyə göndərdiyi məktubda bildirib ki, bu qanun axtarış sisteminin mövcudluğunu təhlükə altına qoyacaq.Qeyd edək ki, hər ay “Google”-dan Fransanın KİV saytlarına 4 milyard keçid olur.




 
EMİL





19/10/12    Çap et